AZ

Ukraynadakı azərbaycanlıların taleyi insan faciəsi deyilmi?

"Azərbaycan Rusiyaya “qatıq qara deyil, ağdır” - deyən kimi, ruspərəstlər orada yaşayan soydaşlarımızı yada salır. Hay salırlar ki, ruslar bizə acıqlanıb, onları qovacaq".


XəzərNews.az xəbər verir ki, bu barədə sosial şəbəkə hesabında açıqlama yayan Ukraynada diaspor qurucularımızdan Eldar Tağıyev deyib ki, bir dövlət ki, xarici siyasətində ölkə əhalisindən alət kimi istifadə edir, oranı vaxtında tərk etmək lazımdır:

"İkincisi, 500 minə qədər soydaşımızın yaşadığı Ukraynanı bu günə salan Rusiya barəsində niyə danışmırsınız? Burada yaşayanlarımızın ən azından 2/3 hissəsi iş yerlərini itirib və ev-eşiyindən didərgin düşüb. Onların taleyi insan faciəsi deyilmi?"

Xəbər 2 dəfə oxunub.
Seçilən
36
50
xezernews.az

10Mənbələr