AZ

Federasiya Şurası Trampın prezident kimi ilk qərarlarından birini alqışlayıb

Federasiya Şurasının Konstitusiya Qanunvericiliyi və Dövlət Quruculuğu Komitəsinin rəhbəri Andrey Klişas ABŞ prezidenti Donald Trampın Paris iqlim sazişindən çıxmaq qərarını alqışlayıb...

Poliqon xəbər verir ki, bu barədə o, Telegram kanalında yazıb.

"Paris iqlim sazişindən çıxmaq ağıllı addımdır və yenə də qlobalist gündəmə zərbədir", senator deyib.

Qeyd edək ki, Tramp inauqurasiyasından bir neçə saat sonra ölkəni Paris iqlim sazişindən çıxarıb.

Xatırladaq ki, Paris İqlim Sazişi 2015-ci il dekabrın 12-də qəbul edilib. O, AB və 186 ölkə, o cümlədən ABŞ tərəfindən ratifikasiya olunub. Sənədin məqsədi 2100-cü ilə qədər qlobal orta temperaturun 2°C-dən yuxarı qalxmasının qarşısını almaqdır.

Poliqon.info

Seçilən
16
23
poliqon.info

10Mənbələr