AZ

Tramp Baydenin bu sərəncamını LƏĞV ETDİ

Ajans.az xəbər verir ki, bu barədə The Wall Street Journal (WSJ) məlumat yayıb.

Nəşrin məlumatına görə, Baydenin əmri Havananın 553 siyasi məhbusu azad etməyə razılaşdığı müqavilənin bir hissəsi idi, lakin indiyədək yalnız 88-i azad edilib. Qeyd edilir ki, Tramp öz varisinin qərarını ləğv etdikdən sonra Kubanın məhbusları azad etməyə davam edib-etməyəcəyi indi bəlli deyil.

Kuba prezidenti Migel Diaz-Kanel X sosial şəbəkəsindəki səhifəsində Trampın qərarını tənqid edərək, bunu “qürur və həqiqətə etinasızlıq” adlandırıb.

Bundan əvvəl Tramp ABŞ-nin keçmiş prezidenti tərəfindən təyin edilmiş mindən çox ABŞ administrasiyasının əməkdaşının işdən çıxarılacağını açıqlamışdı. Prezidentin sözlərinə görə, onun “Amerikanı yenidən möhtəşəm et” vizyonuna uyğun gəlməyən işçilər işdən çıxarılacaq.

 

Seçilən
16
23
Ajans.az

10Mənbələr