AZ

Hərbi əməliyyatlardan Qəzzaya azı 38 milyard ABŞ dolları ziyan dəyib

2023-cü ilin oktyabrından etibarən, Qəzza zolağına dəyən birbaşa ziyan ən azı 38 milyard ABŞ dolları təşkil edir.Missiya.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ilkin məlumatı anklav hakimiyyətinin mətbuat xidməti öz teleqram kanalında yayıb.

Bildirilib ki, sektorda 137 təhsil müəssisəsi, 823 məscid və 3 kilsə, mədəni və ya tarixi əhəmiyyət kəsb edən 206 obyekt və s. dağıdılıb. 160-dan çox tibb müəssisəsi atəşə tutulub, elektrik yarımstansiyalarına, su və kanalizasiya şəbəkələrinə, həmçinin anklavın nəqliyyat infrastrukturuna ciddi ziyan dəyib.Yanvarın 20-də anklavın Səhiyyə Nazirliyi 47 min 35 fələstinlinin həlak olduğunu, 111 mindən çox adamın yaralandığını vurğulayıb.

Zərintac MayisqızıMissiya.Az

Seçilən
6
4
missiya.az

10Mənbələr