AZ

İranda dollar yenidən bahalaşdı

ABŞ-nin yeni Prezidenti Donald Trampın andiçmə mərasimindən sonra İranın iqtisadiyyat naziri Əbdülnasir Himmətinin ölkəsinin Trampın təzyiqləri qarşısında dayanacağı barədə çıxışından sonra Tehranın azad bazarında hər 1 ABŞ dollarının dəyəri 1500 tümən artıb.

Bu barədə Tehranın azad bazarındakı mənbələr məlumat yayıb.

Məlumata görə, Himmətinin dünənki çıxışından sonra bu gün səhər saatlarında azad bazarda hər 1 dollar 82 min 700 tümənə satılıb.

"Trampın ilk Prezidentlik dövrünü təcrübə etmişik, onun yenidən hakimiyyətə qayıtması ilə İran xalqına təzyiq artsa da, bu “ləyaqət məsələsidir” və İslam Respublikası Trampın gəlişindən nigəran deyil",- Əbdülnasir Himməti dünənki çıxışında bildirib.

O, İranın Donald Tramp dövrü üçün müxtəlif planları olduğunu, bununla bağlı çox saylıtoplantılar keçirildiyini söyləyib və ABŞ Prezidentinin "ağıllı siyasət yürüüdəcəyinə ümid etdiyini" bildirib.

visiontv.az



Seçilən
17
50
visiontv.az

10Mənbələr