“Rusiya hərbi sahə də daxil olmaqla Ermənistanla bütün razılaşmalara sadiqdir”.
Missiya.Az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla keçirdiyi birgə mətbuat konfransı zamanı deyib.
Lavroq edye edib ki, Moskva İrəvanla ikitərəfli münasibətlərinə regiondankənar oyunçuların mənfi təsir göstərməməsində maraqlıdır.
“Moskva Rusiya ilə Ermənistanın hərbi, siyasi, iqtisadi, mədəni və humanitar sahələrdə əməkdaşlığı davam etdirəcəyinə ümid edir”, - deyə siyasətçi vurğulayıb.
Daşqın HəsənovMissiya.Az