AZ

“Ukraynadakı sülhməramlı qüvvələr kifayət qədər güclü olmalıdır” - NATO-nun keçmiş yüksək rütbəli rəsmisi

Ukraynadakı xarici sülhməramlı qüvvələr asan hədəfə çevrilməmək üçün kifayət qədər güclü olmalıdır.

Herbiand.az Financial Times-ə (FT) istinadən xəbər verir ki, bunu NATO-nun keçmiş yüksək rütbəli rəsmisi, hazırda Avropa Şurasının Xarici Əlaqələr Şurasında çalışan Kamil Qrand deyib.

“Sülhməramlı qüvvələr kifayət qədər güclü olmalıdır ki, Rusiyanın dərhal hücum edə biləcəyi asan hədəfə çevrilməsin, dərhal gücləndirməyə ehtiyac duymasın və NATO tərəfindən gizli öhdəlik kimi qəbul edilməsinlər”, - Qrand bildirib.

Ekspertin hesablamalarına görə, belə qüvvələr 40 min hərbçi ola bilər və böyük ehtimalla Böyük Britaniya, Fransa və Hollandiyanın başçılıq etdiyi xüsusi koalisiya çərçivəsində, eləcə də Baltikyanı və Şimali Avropa ölkələrinin iştirakı ilə yaradılacaq.

O qeyd edib ki, Rusiya ilə münaqişənin gərginləşməsi riskini məhdudlaşdırmaq üçün NATO-nun rolu bilərəkdən minimuma endiriləcək. Bununla belə, NATO-nun keçmiş yüksək rütbəli rəsmisi təklif edib ki, Aİ Bosniya və Herseqovinada olduğu kimi sülhməramlı əməliyyatlar üçün alyansın strateji planlaşdırma imkanlarından istifadə edə bilər. Bu həm də Böyük Britaniyaya əməliyyatlarda iştirak etməyə imkan verəcək.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
25
50
herbiand.az

10Mənbələr