AZ

Azərbaycan İnvestisiya Holdinqi sığortaçı seçir

Azərbaycan İnvestisiya Holdinqi balansındakı 7 xidməti avtomobilin könüllü (KASKO) sığortalanması üçün açıq tender elan edib.

Tenderdə iştirak haqqı 14 manatdır.

İddiaçılar təkliflərini fevralın 13-nə qədər Holdinqin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Azərbaycan prospekti, 6 ünvanına təqdim edə bilərlər.

Təkliflərə fevralın 13-də, saat 17:00-da qeyd olunan ünvanda baxılacaq.

Ötən il bu tenderin qalibi “Meqa Sığorta” ASC olub. Qalib şirkətə 4 341 manat ödənilib.

Seçilən
1
21
marja.az

10Mənbələr