Azərbaycan Metrologiya İnstitutu 2024-cü il üzrə maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun auditi üçün kotirovka sorğusu elan edib. SİA xəbər verir ki, sorğuda iştirak haqqı 15,5 manatdır.
İdddiaçılar təkliflərini fevralın 12-nə qədər İnstitutun yerləşdiyi Bakı şəhəri, Nərimanov rayonu, Elçin İsaqzadə qəsəbəsi, 7-ci köndələn küçəsi ünvanına təqdim edə bilərlər.
Təkliflərə fevralın 12-si, saat 15:00-da qeyd olunan ünvanda baxılacaq.
Ötən il bu tenderin qalibi "Professional Financial Experts" MMC olub. Şirkətə 2,35 min manat ödənilib.