''Hərbi xidmətdən yayınma cinayətləri əvvəlki illərlə müqayisədə 33,6% azalıb''.
Xezerxeber.az-ın məlumatına görə, bu barədə hərbi prokuror Xanlar Vəliyev geniş kollegiya iclasında bildirib.
O əlavə edib ki, hərbi xidmət vəzifələrinin icrasından boyunqaçırma cinayətləri 52,9 %, hərbi hissəni və ya xidmət yerini özbaşına tərketmə cinayətləri də 31,1% azalıb.
Eyni zamanda 2023-cü illə müqayisədə ötən il özünü öldürmə həddinə çatdırma cinayətləri 20%, rüşvət alma və rüşvət vermə cinayətləri 53,4%, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 31,1% azalıb.
Xanlar Vəliyev onu da əlavə edib ki, qulluğa səhlənkar yanaşma cinayətləri 21,4%, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətləri 71,4%, mülkiyyət əleyhinə olan cinayətlər 4,4% və xuliqanlıq cinayətləri 60,0% azalıb.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.