Azərbaycanda hazırda 69 min 435 onkoloji xəstə qeydiyyatdadır.
Bunu “Xəzər Xəbər”ə müsahibəsində Milli Onkologiya Mərkəzinin baş həkimi Azad Kərimli deyib.
O qeyd edib ki, rəqəmlər 2023-cü ilin statistikasını əks etdirir. Onun sözlərinə görə, xərçəng xəstəliyinin yalnız 15 faizi genetikdir.
Xezerxeber.az-ın məlumatına görə, Azad Kərimli qeyd edib ki, əvvəllər xəstəliyin ən çox yayılan növü qadınlarda süd vəzinin xərçəngi, kişilərdə ağ ciyər xəstəlikləri ilə bağlı idi. İndi mədə və bağırsaqda da bu xəstəliyin yayılması çoxalıb. Xərçəngin bu növünə əksər hallarda 50 yaşdan yuxarı insanlarda rast gəlinir. Baş onkoloq deyib ki, uşaqlar arasında da xərçəng xəstəliyindən əziyyət çəkənlər var.
Baş onkoloq vurğulayıb ki, Azərbaycanda xəstələrə düzgün diaqnoz qoyulur və buna şübhə ola bilməz.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.