AZ

Ukrayna keçən il elan edilən hərbi yardımları hələ də ala bilməyib

Ukrayna tərəfdaşlarının 2024-cü ildə elan etdiyi hərbi yardımları hələ tam ala bilməyib.   Manset.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Dovos İqtisadi Forumunda çıxışı zamanı deyib. Zelenski hərbi yardımın çatdırılması ilə bağlı ciddi problemlərin olduğunu diqqətə çatdırıb: "Keçən ilki yardımlar hələ də yoldadır". O, Ukrayna qoşunlarını Kursk vilayətindən sıxışdırmaq üçün Rusiyanın kifayət qədər gücü olmadığını vurğulayıb: "Bu gün orada 60 mindən çox rus, 12 min Şimali Koreya hərbçisi var idi. Şimali Koreya hərbçilərinin dörd mini ölüb. Başqa bir ölkəni bu müharibəyə sürükləmək Kremlin strategiyası idi".

Ukrayna dövlət başçısının sözlərinə görə, şərqdə vəziyyət ağırdır: "Rusiya qoşunlarını ən çox orada saxlayır".

Seçilən
11
50
manset.az

10Mənbələr