AZ

Zelenski artıq danışıqlara getməyə razıdır?- “O, tam məğlub vəziyyətdə bunu etmək istəmir, ona görə də…”

Xəbər verdiyimiz kimi, Ukrayna Prezidenti Volodimir Zelenski Davosda keçirilən Dünya İqtisadi Forumunda çıxışında deyib ki, Ukrayna öz sülh strategiyasının bir hissəsi kimi müharibəni bitirməyə kömək edəcək diplomatik vəziyyətə yaxınlaşmaq istəyir.

O, bildirib ki, rəsmi Kiyev müharibənin sonunu gətirə biləcək diplomatiyaya yaxınlaşmalıdır: “Bunun necə olacağı sualdır”.

Siyasi analitik Kənan Novruzov Ukrayna Prezidentinin sözlərini Editor.az-a şərh edib. Şərhçi bildirib ki, ABŞ Ukraynaya dəstəyi ciddi şəkildə azaldacaq:

“Bunu Volodimir Zelenski də başa düşür. Ancaq o, tam məğlub vəziyyətdə danışıqlar masasına getmək istəmir. Bu bəyanatda bu konteksdən qiymətləndirilməlidir ki, Ukrayna prezidenti bacardığı əli güclü şəkildə razılaşmalara getmək istəyir. Son vaxtlar Rusiyanın Kursk vilayəti istiqamətində Ukraynanın fəallaşması da məhz bununla bağlıdır. Ukrayna Kurskda möhkəmlənmək istəyir, danışıqlar ərazi mübadiləsi ilə itirilmiş torpaqlarını qaytarmaq istəyir.

Görünən odur ki, Zelenski özü də artıq danışıqlara meyillidir. Ukrayna prezidenti əvvəlki kimi müharibənin yalnız güc yolu ilə həllinin olduğunu dilə gətirmir. Hesab edirəm ki, mharibə məhz ona qədərki sərhədlərin bərpası ilə başa çatacaq”.

//Gülnarə Abasova, Editor.az

Seçilən
13
50
editor.az

10Mənbələr