AZ

ABŞ-da qar fırtınası: Ölənlər var

ABŞ-də qar fırtınası və şiddətli soyuqlar nəticəsində azı 4 nəfər həyatını itirib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, ABŞ-nin cənub və şimalında baş verən qar fırtınası insanların həyatına olduqca mənfi təsir göstərib.
 
Texasın cənub ştatında magistral yollar və hava limanları bağlanıb, Luiziana ştatında isə qar fırtınası xəbərdarlığı edilib.
 
Rəsmilərin bildirdiyinə görə, iki nəfər Ostində, biri Corciyada, biri isə Miluokidə ölüb.
 
Luiziana, Missisipi və Alabama da daxil olmaqla bir neçə ştatda kəskin soyuqlar səbəbindən fövqəladə vəziyyət elan edilib.
 
ABŞ-nin cənubunda ən güclü qar qarın qalınlığının 25 santimetrə çatdığı Luiziana ştatının Reyn şəhərində müşahidə olunub. Nyu-Yorkun şimal ştatının bəzi yerlərində qarın qalınlığı təqribən 46 santimetrə çatıb.
 
Şiddətli qış fırtınası səbəbindən ABŞ-də 2200-dən çox reys ləğv edilib, 3000-dən çox uçuş gecikib.
 
Oksana
Seçilən
15
3
azxeber.com

6Mənbələr