AZ

Qar fırtınasında 4 ölü

ABŞ-də qar fırtınası və soyuqlar səbəbindən 4 nəfər ölüb, 2200 aviareys təxirə salınıb.

"Cebheinfo.az" xəbər verir ki, ABŞ-də qar fırtınası və şiddətli soyuqlar nəticəsində ən azı 4 nəfər həyatını itirib. ABŞ-nin cənubunda və şimalında təsirli olan qar fırtınası ümumilikdə həyata mənfi təsir edib. 

Texasın cənub ştatında magistral yollar və hava limanları bağlanıb, Luiziana ştatında isə qar fırtınası ilə əlaqədar xəbərdarlıq edilib. Səlahiyyətlilərin verdiyi açıqlamaya görə, Ostində 2, Corciyada 1, Milvaukeedə 1 nəfər ölüb. Luiziana, Missisipi və Alabama da daxil olmaqla, bir sıra ştatlarda kəskin soyuq hava şəraiti ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.

ABŞ-nin cənubunda ən güclü qarın yağdığı Luiziana ştatının Reyn şəhərində qarın qalınlığı 25 santimetrə çatıb. Bildirilib ki, ölkənin şimalındakı Nyu York əyalətinin bəzi bölgələrində qar qalınlığı təxminən 46 santimetrə çatıb. ABŞ-də şiddətli qış fırtınası səbəbiylə 2200-dən çox uçuş ləğv edilib və 3 min uçuş təxirə salınıb. 

Seçilən
9
3
cebheinfo.az

6Mənbələr