AZ

Deputatlar ikinci dəfə Öcalanla görüşəcək

DEM Partiyasının üzvləri bu gün İmralı adasına gedərək PKK terrorçuların lideri Abdullah Öcalanla ikinci dəfə görüşəcək.

AzPost xəbər verir ki, bu barədə rəsmi olara Türkiyə Ədliyyə Nazirliyinə müraciət edilmişdi. Heyətdə olan Sırrı Süreyya Öndər və Perdin Buldan terror təşkilatı lideri Öcalanla görüşəcək.

Qeyd edək ki, oartiya heyəti ötən ilin dekabr ayının 28-da İmralıda Abdullah Öcalan ilə görüşüb. Həmin görüşdə Türkiyə Böyük Millət Məclisinin sədr müavini Sırrı Süreyya Öndər və DEM Partiyası Van Millət vəkili Pervin Buldan iştirak edib. DEM Partiyasının nümayəndə heyəti İmralı səfərindən sonra siyasi partiyalarda olub və danışıqların “ümidverici” olduğu bildirilib.

Xatırladaq ki, Türkiyədə ömürlük həbsdə olan PKK lideri Abdullah Öcalan DEM Partisi millət vəkilləri ilə etdiyi görüşdə bəzi mesajlar verib.

MHP Genel Başkan Yardımcısı Mevlüt Karakaya məsələyə dair ilkin şərhində “mövzu hələ təzədir, Genel Başkanımızın qiymətləndirməsini gözləmək ən düzgün olacaqdır,” – dedi.

DEM Partisi İmralıda Öcalan ilə görüşüb və açıqlamasında kürd məsələsinə dair daimi həll təkliflərinin həyati önəm daşıdığını bildirib. Öcalan siyasi çevrələrə dar hesablarla hərəkət etməmək və müsbət töhfələr vermək çağırışı edib.

Öcalan, həmçinin, “Dönəm Türkiyə və bölgə üçün barış, demokratiya və qardaşlıq dönəmidir” deyərək, bu prosesi böyük bir şans olaraq gördüyünü vurğuladı.

Pervin Buldan ilin əvvəlində siyasi partiyalarla görüşərək Öcalanın mesajlarını paylaşacaqlarını bildirib.

Qeyd edək ki, bu prosess MHP lideri Devlet Bahçelinin çağrıları ilə başlayıb.

Seçilən
36
18
azpost.info

10Mənbələr