AZ

Cənubi Koreya təyyarə qəzalarının qarşısını alma üçün bunu edəcək


Cənubi Koreyada hökumət 179 nəfərin həyatını itirdiyi təyyarə qəzasından sonra ölkədəki hava limanlarının uçuş-enmə zolağında təhlükə yarada biləcək obyektlərin söküntüsünə qərar verib.

AZXEBER.COM Yonhap xəbər agentinə istinadən xəbər verir ki, bu barədə Cənubi Koreyanın Nəqliyyat Nazirliyi açıqlama yayıb.

Açıqlamada deyilir ki, qərar bütün ölkə ərazisində qəzaların qarşısını almaq və təhlükəsizlik standartlarını yüksəltmək məqsədi daşıyır.
Qərara əsasən ölkədəki bütün hava limanları araşdırılaraq uçuş-enmə zolaqlarının yaxınlığında yerləşən təhlükə yarada biləcək bütün obyektlər, yol ayırıcı beton konstruksiyalar söküləcək.
 
Cəmalə 

Seçilən
8
50
azxeber.com

10Mənbələr