Cənubi Koreyanın “Jeju Air” aviaşirkətinə məxsus təyyarənin “qara qutu”su uçuş-eniş zolağına 2 kilometr qalmış qeydə almanı dayandırıb.

İndex.az “Yonhap”a istinadən xəbər verir ki, bu barədə hadisə ilə bağlı aparılan ilkin təhqiqatın hesabatında bildirilib.

Qeyd olunub ki, bu, dekabrın 29-da Muan Beynəlxalq Hava Limanında baş vermiş təyyarə qəzasının davam edən təhqiqatı çərçivəsində ilk hesabatdır.

Xatırladaq ki, dekabrın 29-da Cənubi Koreyanın Muan hava limanında “Jeju Air” şirkətinə məxsus Boeing 737 təyyarəsi qəzaya uğrayıb. Eniş zamanı təyyarə uçuş-enmə zolağından çıxaraq beton maneəyə çırpılıb, sonra isə partlayıb.