1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Cənubi Koreyanın Busan şəhərindəki "Kimhe" hava limanında təyyarə alovlanıb, bütün sərnişinlər operativ şəkildə təxliyə ediliblər, heç kim xəsarət almayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
"Yanvarın 28-də saat 22:30-da (Bakı vaxtı ilə 17:30-red.) "Kimhe" hava limanında Honq-Konqa uçan "Air Busan" təyyarəsinin quyruq hissəsi yanıb. Nəticədə, 170-dən çox sərnişin təcili olaraq təyyarəni tərk edib. Məlumata görə, xəsarət alan olmayıb", - məlumatda bildirilir.
Qeyd olunur ki, yanğınsöndürənlər çağırışdan dərhal sonra hadisə yerinə gəlib. Yanğınsöndürmə işləri davam edir.