AZ

Bu il BTC ilə Qazaxıstan neftinin tranziti 1,5 milyon ton həcmində planlaşdırılır

Bu il Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəməri ilə Qazaxıstan neftinin tranzit həcmi 1,5 milyon ton təşkil edəcək.

Bu barədə ?İnterfaks-Qazaxıstan?a respublikanın Energetika Nazirliyindən bildirilib.

?2024-cü ildə BTC ilə Qazaxıstan neftinin tranziti 1,5 milyon ton plan üzrə 1,4 milyon ton təşkil edib. 2025-ci il üçün BTC üzrə plan 2024-cü ilin səviyyəsində ? 1,5 milyon ton neft həcmində qalır?, ? nazirlikdən bildirilib.

Məlumata görə, 2023-cü ildə Aktau limanından BTC sisteminə 1 milyon tondan çox Qazaxıstan nefti göndərilib.

Xatırladaq ki, 2022-ci ildə “KazMunayQaz” və SOCAR arasında Aktau-Bakı-Ceyhan marşrutu üzrə illik həcmi 1,5 milyon ton olan neftin tranziti üzrə 5 illik müqavilə bağlanılıb.

Ötən ilin sonunda Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev bildirib ki, Qazaxıstan Bakı-Tbilisi-Ceyhan marşrutu ilə neft tədarükünü 1,5 milyon tondan 20 milyon tona qədər artırmaq imkanlarını öyrənir.

Seçilən
5
43
banker.az

10Mənbələr