AZ

İranla ticarət dövriyyəsi 300 milyon dollara çatıb



Qazaxıstanla İran arasınd aticarət dövriyyəsi ötən ilin 11 ayında 8,1% artaraq təxminən 300 milyon dollara çatıb.

Newscenter.az "Sputnik Qazaxıstan"a istinadən bildirir ki. bunu Qazaxıstanın Baş naziri Oljas Bektenov deyib.

Baş nazir Qazaxıstan tərəfinin İrana dəyəri 132 milyon dollardan çox olan 60 adda malın şaxələndirilməsi, çeşidinin genişləndirilməsi və ixrac həcminin artırılmasında maraqlı olduğunu bildirib. Xüsusilə, bu il Qazaxıstan 26 milyon tondan çox taxıl yığıb.

Ümumilikdə, ötən ilin 11 ayı ərzində Qazaxıstan və İran arasında kənd təsərrüfatı mallarının dövriyyəsi 25% artaraq 186 milyon dollara çatıb.

Mehman Mehdiyev
Seçilən
1
43
newscenter.az

10Mənbələr