Ermənistan Brüssel və Vaşinqtonla münasibətlərini üçüncü ölkələrin maraqlarına ziyan vurmadan qurur.
“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, bunu Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirib.
Onun sözlərinə görə, ABŞ və Aİ ölkələri ilə əməkdaşlıq respublikanın maraqlarına uyğun olduğu təqdirdə davam edəcək.
Katib həmçinin Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığının baş tutmamasının səbəbini izah edib. Onun sözlərinə görə, ABŞ-də vəzifəyə başlayan rəsmi şəxslərin müəyyən məhdudiyyətləri var. Ermənistan tərəfi dialoqa hazır olduğunu bildirib, lakin həmkarlarının iş yükünü nəzərə alaraq onların öz vəzifələrinə tam başlamasını gözləyir.