“Rusiya prezidenti Vladimir Putinin veto hüququ və NATO-ya kimin qoşulması ilə bağlı səsvermə hüququ yoxdur”.
Missiya.Az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rutte deyib.
"Biz aydın şəkildə başa düşməliyik ki, Putinin veto və gələcəkdə kimin NATO-ya üzv olacağına səs vermək hüququ yoxdur", - deyə siyasətçi vurğulayıb.
Rutte qeyd edib ki, Ukraynanın alyansa tam üzv olması davamlı sülhün ən yaxşı təminatıdır.
Daşqın HəsənovMissiya.Az