NATO-nun baş katibi Mark Rutte bəyan edib ki, Rusiyanın Ukraynanın Şimali Atlantika Alyansına qoşulmaması ilə bağlı tələbləri qəbuledilməzdir...
Poliqon xəbər verir ki, NATO-nun baş katibi bu barərə Davosda keçirilən Ümumdünya İqtisadi Forumunda danışıb.
Rutte əmin edib ki, Ukrayna mütləq NATO-ya üzv olacaq və yeganə sual bunun necə baş verəcəyidir.
O bildirib ki, Kiyevə danışıqlarda ən yaxşı mövqe qazanmağa kömək etmək və potensial razılaşmanın həqiqətən də davamlı sülhü təmin etməsini təmin etmək lazımdır:
"Və biz açıq şəkildə bildirməliyik ki, Vladimir Vladimiroviç Putinin veto hüququ və gələcəkdə kimin NATO-ya üzv ola biləcəyi ilə bağlı söz haqqı yoxdur. Biz bunu çox aydın şəkildə çatdırmalıyıq".
O, həmçinin bildirib ki, alyans münaqişənin səhv trayektoriyasını dəyişmək üçün Ukraynaya yardımı kəsməməli, əksinə artırmalıdır. Şimali Atlantika Alyansının rəhbəri həmçinin qeyd edib ki, Ukrayna münaqişəsi geosiyasi əhəmiyyət kəsb edir, ona görə də bütün Qərb ölkələri Ukraynanı dəstəkləməkdə iştirak etməyə borcludur.
Poliqon.info