“Müharibənin dayandırılmasında güclü və ədalətli sülh prioritet məsələdir”.
Missiya.Az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “Bloomberg” agentliyinə müsahibəsi zamanı deyib.
Müharibənin nə vaxt bitəcəyi ilə bağlı sualı cavablandıran Zelenski bildirib ki, mənim üçün vaxt yox, keyfiyyət önəmlidir.
“Əlbəttə, son tarixlər də prioritet məsələdir, çünki insanların həyatı bundan asılıdır, hər gün itkilərimiz olur. Amma ilk növbədə sülh güclü və ədalətli olmalıdır”, - deyə siyasətçi vurğulayıb.
Zelenski qeyd edib ki, Ukraynaya güclü sülh lazımdır ki, Rusiya prezidenti Vladimir Putin ölkəmizi yenidən işğal etməsin.
Daşqın HəsənovMissiya.Az