AZ

“ABŞ ilə Strateji Əməkdaşlıq Xartiyası Ermənistana heç bir təhlükəsizlik zəmanəti vermir” – Erməni deputat

 

ABŞ-la imzalanmış Strateji Əməkdaşlıq Xartiyası Ermənistana heç bir təhlükəsizliyə zəmanət vermir. 

 

Missiya.Az erməni mediasına istinadən xəbər verir ki, bunu yanvarın 23-də parlamentdəki  ənənəvi brifinqdə müxalifətçi deputat, Ermənistan Respublika Partiyasının üzvü Hayk Mamicanyan deyib.

 

Onun sözlərinə görə, bu Xartiya kifayət qədər uzun yol keçib. Orada qeyd olunan bəzi məqamlar ilk dəfə 2000-ci illərin əvvəllərində təklif edilmişdi. Məsələn, hərbi kadrların yenidən hazırlanması, terrorizmlə mübarizə və s. “ABŞ Əfqanıstanla da oxşar sənəd imzalayıb. İndi belə sənədlərin hansı "xilas" gətirdiyini təsəvvür edə bilərsiniz. “Görün bütün bunlardan sonra Əfqanıstana nə oldu”, Mamicanyan qeyd edib.

 

Elcan

Missiya.Az

Seçilən
14
50
missiya.az

10Mənbələr