AZ

Peskov: ABŞ ilə bərabər şərtlərlə dialoqa hazırıq


"Biz hər zaman bərabər şərtlələ və qarşılıqlı hörmətlə dialoqa hazırıq". 

7News.Az xarici mediaya istinadən xəbər verir ki, bu sözləri Kreml sözçüsü Dmitri Peskov Trampın yeni sanksiya təhdidi ilə bağlı sualı cavablandırarkən deyib.
 
"Burada heç bir yenilik görmürük. Tramp ilk prezidentlik dövründə sanksiya metodlarına ən çox müraciət edən Amerika prezidentlərindən biri idi. Bu onun ən sevdiyi üsuldur" - deyə Peskov vurğulayıb.

ABŞ-dən gələn açıqlamaları yaxından izlədiklərini vurğulayan Peskov "Rusiya Prezidenti Vladimir Putinlə Tramp arasında kiçik bir  dialoq oldu. Bu mövzuda hələ heç bir irəliləyiş yoxdur, lakin biz gözləyirik" - qeyd edib.
 
 
 

Seçilən
2
17
7news.az

8Mənbələr