\"Rusiya qazını Ukrayna vasitəsilə Avropaya satmaq kommersiya məsələsidir. Rusiya bu ticarətin davam etməsini istəyir. Məhsullarımızı satmaqda maraqlıyıq\".
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, bu fikirləri Kremlin sözçüsü Dmitri Peskov Moskvada jurnalistlərə açıqlama verərkən deyib.
Avropanın Rusiyaya qarşı sanksiyalarının ikitərəfli qılınc olduğunu bildirən Peskov bunları deyib:
\"Avropa xalqı bu sanksiyalardan zərər görür. Biz bu sanksiyaları beynəlxalq hüquqa zidd olan qeyri-qanuni məhdudiyyətlər olaraq təyin edirik\".
Peskov Rusiya qazının ABŞ-dən tədarük edilən mayeləşdirilmiş təbii qazla müqayisədə qiymətlərinə görə avropalı istehlakçılar üçün daha sərfəli olduğunu vurğulayıb.
Cəmalə