Ötən il Ciddə İqtisadi Şirkəti dünyanın ən hündür bina olan Ciddə Qülləsini tikmək üçün iddialı layihəsini yenidən işə salmaq qərarına gəlib.
Medianews.az xarici mediaya istinadən xəbər verir ki, yanvarın 20-də tikintisi başa çatmamış binanın 64-cü mərtəbəsinin rəsmi şəkildə doldurulması mərasimi keçirilib. Tədbirdə qüllənin sahibi Səudiyyə şahzadəsi Əl-Valid bin Talal iştirak edib.
Planlara görə, 2025-ci ilin avqustunda qüllə 100-cü mərtəbəyə çatacaq, 2026-cı ilin oktyabrında isə 160-cı mərtəbənin hündürlüyündə dairəvi müşahidə göyərtəsi hazır olacaq. Göydələnin tikintisi 2028-ci ilin martında başa çatacaq.
Ciddə Qülləsi dünyanın ən hündür binası olacaq – 1000 metrdən çox.