“Shah Deniz Alpha” platformasında qaz hasilatı və Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz yatağından ixrac əməliyyatları əvvəlki səviyyəyə qayıdıb.
Bu barədə şirkətin mətbuat xidmətinin rəhbəri Tamam Bayatlı jurnalistlərə açıqlamasında bildirib.
“Bu, tamamilə yeni kompressor platforması olacaq və “Şahdəniz” yatağının bəzi laylarından aşağı təzyiqli qazın Səngəçal terminalına çatdırılması üçün nəzərdə tutulub”, – T. Bayatlı bildirib.
O həmçinin qeyd edib ki, “Shah Deniz Alpha” platformasında qaz hasilatı və ixrac üzrə bütün əməliyyatlar əvvəlki rejimdə davam etdirilir: “Hazırda hasilat həcmləri sualtı kondensat kəmərində yaranmış texniki problemdən əvvəlki səviyyəyə tam bərpa olunub”.