AZ

"Rabitəbank" açıq tender elan edir

Tenderin adı: “Cisco avadanlıqlarının alışı”   

Tenderin elan tarixi: 24.01.2025

Tenderin son tarixi: 03.02.2025, saat 13:00.

Tenderin qalibi aşağıdakı meyarlar üzrə müəyyənləşəcək:

İştirakçı şirkətin bu sahədə təcrübəsi (ixtisas uyğunluğu) və xidmət göstərdiyi şirkətlər bazasının təqdim edilməsi (referanslar)

İşin icra müddəti qeyd edilməsi mütləqdir

Məhsullar üzrə MAF sənədinin təqdim edilməsi

Zəmanət müddəti və texniki dəstək şərtlərinin uyğunluğu

Tələblərə uyğun olan ən aşağı qiymətin verilməsi

Tenderdə iştirak etmək üçün təqdim edilməli sənədlər:

Tender təklifini təqdim edən şirkətin aidiyyəti sahə üzrə portfeli

Hüquqi sənədlər (Nizamnamə, dövlət qeydiyyatı haqqında şəhadətnamə, reyestrdən çıxarış, VÖEN və s.) surətləri

Məxfilik müqaviləsi (Tenderdə iştirakını təsdiq edən şirkətlərə e-mail vasitəsilə göndəriləcək)

Tender təklifini və satınalma müqaviləsini imzalama səlahiyyətinə malik olan şəxsin səlahiyyətlərini təsdiq edən sənəd

Şirkətin son 1 il üzrə rəsmi maliyyə hesabatı

Şirkətin son 1 il üzrə vergi borcunun olmaması haqqında rəsmi arayış

Tender təklifləri Azərbaycan dilində tərtib olunmalıdır. Təkliflər imzalanmış və möhürlənmiş halda qapalı zərfdə 24 yanvar 2025-ci il tarixinədək (Bakı şəh., AZ 1010, 28 May küç. 33) ünvanına göndərilməlidir.

Tenderdə iştirak etməkdə maraqlı olan şirkətlər [email protected] elektron ünvanına və ya 050 270 72 20 nömrəsinə müraciət edə bilərlər.

 

Seçilən
10
4
marja.az

8Mənbələr