AZ

Kobaxidze: Gürcüstan ABŞ-yə strateji tərəfdaşlığın konkret yol xəritəsi ilə bərpasını təklif edir

Biz Gürcüstan və ABŞ arasında strateji tərəfdaşlığın konkret yol xəritəsi ilə təmiz səhifədən bərpa edilməsini təklif edirik.

Bakıvaxtı.az apa-ya istinadla xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze deyib.

    O, ABŞ-nin də buna maraq göstərəcəyi təqdirdə münasibətlərin yenidən qurulacağını qeyd edib.

    “Ən vacibi budur ki, biz Gürcüstan-ABŞ münasibətlərini bərpa etməyə tam hazırıq. Üstəlik, biz ABŞ-yə təklif edirik ki, Gürcüstan və ABŞ arasında strateji tərəfdaşlıq konkret yol xəritəsi ilə təmiz səhifədən bərpa edilsin. Amerikadan da eyni maraq olarsa, təbii ki, münasibətlər yenidən qurulacaq. Biz ABŞ-nin prezident administrasiyasının mövqeyini gözləyəcəyik”, - deyə Kobaxidze bildirib.

    Seçilən
    5
    42
    bakivaxti.az

    10Mənbələr