AZ

İrakli Kobaxidze: Tramp dərin dövlətə qalib gələ bilsə...

Gürcüstanla ABŞ arasında münasibətlərin yaxşılaşması ABŞ prezidenti Donald Trampın "qlobal müharibə tərəfi" üzərində qələbəsindən asılı olacaq...

Poliqon xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze bildirib.

Gürcüstan hakimiyyəti dəfələrlə bəyan edib ki, prezident Donald Tramp vəzifəyə gəldikdən sonra ABŞ-la münasibətləri bərpa etməyə ümid edirlər. Hazırda ölkələr arasında münasibətlər donmuş vəziyyətdə qalır və Co Bayden administrasiyasının qərarı ilə strateji tərəfdaşlıq dayandırılıb.

"Biz Tramp administrasiyası ilə yaxın münasibətlərə sadiqik. Daxili işlərə gəlincə, biz fəal ünsiyyət qurmaq üçün işləyirik. Amma, bir daha deyirəm, Trampın "dərin dövlət" üzərində qələbəsindən çox şey asılı olacaq. O zaman Gürcüstanla ABŞ arasında münasibətlər tam bərpa olunacaq", deyə Kobaxidze bildirib.

Bundan əvvəl Gürcüstanın baş naziri bəyan etmişdi ki, hakimiyyət ABŞ-la bu əməkdaşlığın dərinləşdirilməsi üçün konkret addımlara əsaslanan yeni strateji əməkdaşlıq formatına ümid edir.

Poliqon.info

Seçilən
4
42
poliqon.info

10Mənbələr