AZ

Fidan: Ukraynada münaqişə dönüş nöqtəsinə yaxınlaşır

Türkiyənin xarici işlər naziri Hakan Fidan bu fikirdədir ki, Ukrayna münaqişəsi dönüş nöqtəsinə yaxınlaşır və Ankara bu problemin həlli istiqamətində səyləri dəstəkləməyə hazırdır.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, baş nazir bunu Aİ diplomatik xidmətinin rəhbəri Kaya Kallas ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında deyib.

“Ukraynada 4 ilə yaxındır davam edən müharibənin indi dönüş nöqtəsinə yaxınlaşdığını görürük. Bu kontekstdə biz inanırıq ki, daimi və ədalətli həll üçün yeganə variant diplomatiyadır”,- deyə o bildirib.

Seçilən
18
3
operativmm.az

8Mənbələr