AZ

Hakan Fidan: Ukraynada münaqişə dönüş nöqtəsinə yaxınlaşır

Ukraynadakı münaqişə dönüş nöqtəsinə yaxınlaşır və Ankara onun həlli istiqamətində səyləri dəstəkləməyə hazırdır. 

Ölkə.Az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan bəyan edib.
“Ukraynada dörd ilə yaxındır davam edən müharibənin indi dönüş nöqtəsinə yaxınlaşdığını görürük. Bu kontekstdə biz diplomatiyanın daimi və ədalətli həll üçün yeganə variant olduğuna inanırıq. Müharibəyə ən qısa zamanda son qoymaq məqsədi ilə danışıqlar prosesinin canlandırılmasına yönəlmiş təşəbbüsləri dəstəkləməyə hazırıq”, -  Fidan bildirib.

 Mürtəza
Ölkə.Az

Seçilən
9
4
olke.az

8Mənbələr