AZ

Rusiya bu atəşkəsin olmasını hamıdan çox arzu edir - ÖZƏL

"Atəşkəs sazişi əlbəttə ki, Rusiyaya bu saat hava və su kimi lazımdır. Çünki həqiqətən də bu müharibə o boyda böyük dövləti bitirdi. Yəni Rusiya elə bir bataqlığa saplanıb ki, nə irəli gedə bilir, nə geri çəkilə bilir, geri çəkilsə, sifətini itirəcək, irəli getməyə gücü yoxdur".

Bunu Olaylar.az-a açıqlamasında siyasi şərhçi Azər Həsrət deyib.

"Rusiya özü boyda nəhəng bir leşə çevrilib. O qüdrətli, böyük dövlət hazırda nəhəng bir leş kimi ortalıqda qalıb. Onu indi kimsə götürüb dəfn eləməlidir, ya da ki, "iylənməyə" davam edəcək. Təbii ki, o baxımdan Putin hazırda müharibənin dayandırılmasını hamıdan çox arzu edən şəxsdir. Çünki bu müharibəni dayandırmasa başına gələcəkləri yaxşı başa düşməyə başlayıb, gec başa düşür, amma başa düşməyə başlayıb. Bu baxımdan Putin çox arzu edir ki, Trampla görüşsünlər atəşkəs sazişi imzalansın və saziş imzalananda əlbəttə ki, ilkin şərtlər irəli sürülməyəcək. Yəqin ki, istər Ukrayna tərəfi, istər Rusiya tərəfi hazırda olduqları mövqelərdə dayanacaqlar atəşkəs elan edildikdən sonra artıq silahlar susacaq və masa arxasında heyətlər görüşəcək, danışıqlar başlayacaq və bu proses dinc məcrada davam etdiriləcək. Təbii ki, Amerika Birləşmiş Ştatlarının təminatı altında. Putin bunun Rusiyanın nəfəs dərməsinə bir yardımçı ola biləcəyini başa düşür. Ona görə də baxmayaraq ki, arada bir qədər sərt çıxışlar edirlər, açıqlamalar verirlər. Amma bir daha qeyd edirəm ki, Rusiya bu atəşkəsin olmasını hamıdan çox arzu edir. Biz də arzu edirik, biz də əslində bu müharibənin bir an öncə bitməsini istəyirik və əlbəttə ki, ədalətli şəkildə bitməsini istəyirik. Ədalətli, bitmək isə o deməkdir ki, Rusiya Krım da daxil olmaqla bütün Ukrayna torpaqlarından birdəfəlik çəkilib getməli, üzərinə bir daha Ukraynaya hücum etməyəcəyi barədə öhdəlik götürməlidir və eyni zamanda, Ukraynanın təminatını da Amerika Birləşmiş Ştatları, yaxud da ki, onun vasitəsilə NATO öz üzərinə götürməlidir. Yəni bu şərtlər daxilində mən düşünürəm ki, uzunmüddətli, dayanıqlı sülhə nail olmaq mümkündür.Ümumiyyətlə isə dünya dövlətləri Amerika Birləşmiş Ştatları başda olmaqla Rusiyanın təcavüzkar xasiyyətini, mahiyyətini nəzərə alaraq onun çox tezliklə məhv edilməsi, dağıdılması planlarını sürətləndirməlidirlər. Rusiyanın içərisində hazırda onlarla ayrı-ayrı xalqlar zülm altında inləməkdədir. Ona görə də dünya xalqları həmin xalqlara kömək etməyə borcludurlar".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
30
50
olaylar.az

10Mənbələr