AZ

Zelenski ABŞ-ın Ukraynaya yardımının dayanmadığını iddia edir

O, diqqətini hərbi yardıma yönəltdiyini bildirib.

Turkustan.az xəbər verir ki, Birləşmiş Ştatlar dəstəyin dayandırılması ilə bağlı məlumatlara baxmayaraq, Ukraynaya hərbi yardımı dayandırmayıb. Bu fikri Vladimir Zelenski Moldova Prezidenti Maya Sandu ilə keçirdiyi mətbuat konfransında deyib.
“Mən bilirəm ki, bütün dünyada ABŞ hökuməti tərəfindən dəstəklənən çoxlu sayda qurum var"-deyə, o bildirib.

Bildirək ki, yanvarın 25-nə keçən gecə “Politico” xəbər verib ki, ABŞ dövlət katibi Marko Rubio, demək olar ki, bütün xarici yardım proqramlarının maliyyələşdirilməsinin dərhal 90 gün müddətinə dayandırılması barədə göstəriş verib. Qəzetin yazdığına görə, sənəd bəzi istisnalar nəzərdə tutub. Xüsusilə, İsrail və Misir üçün hərbi maliyyələşdirmə proqramları davam etdiriləcək. Eyni zamanda, qəzetin mənbələri bu tədbirlərin Ukrayna, İordaniya və Tayvana yardımın dayandırılmasına səbəb olacağını bildirib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
14
4
turkustan.az

4Mənbələr