Azərbaycanın güllə atıcısı Leyli Əliyeva Almaniyanın Münxen şəhərində keçirilən "H&N Kuboku"nda yüksək nəticə göstərərək bürünc medal qazanıb.
"Cebheinfo.az" xəbər verir ki, idmançı pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma yarışında 213.9 xal toplayaraq üçüncü yerə layiq görülüb.
Turnirə yanvarın 26-da yekun vurulacaq.
"Cebheinfo.az"