AZ

İdmançımızdan Almaniyada 2-ci medal

Azərbaycan idmançısı atıcılıq üzrə H&N kubokunda növbəti uğuruna imza atıb.

İdman.biz xəbər verir ki, Vladislav Kalmıkov Almaniyanın Münhen şəhərində keçirilən oğlanlar arasında pnevmatik tapançadan 10 metr məsafəyə atəşaçma (start-2) yarışında 575 xalla final mərhələsinə yüksəlib.

Kalmıkov final mərhələsində isə 236.0 xal toplayaraq gümüş medal qazanıb. O, bir gün əvvəl bürünc medal əldə edib.

Qeyd edək ki, yanvarın 21-də start götürən turnir bu gün başa çatacaq.

Seçilən
45
13
idman.biz

10Mənbələr