AZ

Almaniyada radikal sağçılara qarşı etiraz aksiyası:100 MİNDƏN ÇOX İNSAN...

Almaniyanın bir sıra şəhərlərində radikal sağçılara qarşı etiraz mitinqləri keçirilib.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, “Sağa qarşı” devizi altında keçirilən mitinqlərin ən izdihamlısı Almaniya paytaxtında təşkil olunub. 

 

Brandenburq qapılarının ətrafında keçirilən mitinqə 100 minədək nümayişçi qatılıb. İştirakçılar sağ ekstremistlərə və Almaniya üçün Alternativ Partiyasına (AfD) sərt etirazlarını səsləndiriblər. Onlar həmçinin AfD-ni dəstəkləyən ABŞ Prezidenti Donald Tramp və biznesmen İlon Maska qarşı da etirazlarını bildiriblər (Yeri gəlmişkən, İlon Mask AfD Partiyasının seçki kampaniyasının toplantısında onlayn iştirak edib. Toplantı iştirakçılarına müraciət edən Mask AfD-nin Almaniyanın ümidi olduğunu deyib. Alman olmaqdan qürur duyduğunu bildirən Mask AfD və bu partiyanın seçki proqramını tərifləyib: "Almaniyanın böyük gələcəyi üçün mübarizə aparın”.

Onu da qeyd edək ki, Mask Donald Trampın andiçmə mərasimindən sonra nasist salamına bənzədilən jestlə gündəmə gəlmişdi...).

 

Köln şəhərində təşkil olunan demokratiya mitinqində 20 min nəfər iştirak edib. Halle (Saale) şəhərində isə on mindən çox iştirakçı AfD-nin seçki kampaniyası çərçivəsində burada təşkil etdiyi mitinqə etirazını bildirib. Bir neçə gün əvvəl əfqan miqrantın iki nəfəri qətlə yetirdiyi Aşaffenburq şəhərində təşkil olunan mitinqin iştirakçıları isə siyasətdə və cəmiyyətdə sağ təsirlərin güclənməsinə qarşı etiraz bəyanatları səsləndiriblər.

Seçilən
16
2
senzor.az

10Mənbələr