Bakı. Trend:
22 yaşlı yarımmüdafiəçi Pedri "Barselona" ilə müqaviləsini2030-cu ilə qədər uzatmaq üçün klubla şifahi razılığa gəlib.
Trend xəbər verirki, bu barədə tanınmış jurnalist Fabritsio Romano "X" sosialşəbəkəsində məlumat yayıb.
İspan futbolçunun mövcud müqaviləsi 2026-cı ilin yayına qədərqüvvədədir. Yeni müqavilənin detallarının yaxın vaxtlardayekunlaşdırılacağı və rəsmi imza tarixinin hələ dəqiqləşdirilmədiyibildirilib.
Xatırladaq ki, Pedri 2020-ci ilin yayından "Barselona"nınheyətində çıxış edir. Bu dövr ərzində o, bütün turnirlərdə 174oyuna çıxaraq 24 qol vurub və 17 məhsuldar ötürmə edib.
"Transfermarkt" portalına əsasən, Pedrinin bazar dəyəri hazırda100 milyon avro təşkil edir.