Moskva "Spartak"ının yamaykalı hücumçusu Şamar Nikolson klubu tərk edə bilər.
90deqiqe.Az "Metaratings"ə istinadən xəbər verir ki, “Spartak”ın yeni idman direktoru Frensis Kajiqao 27 yaşlı Nikolsonla yollarını ayırmaq üzərində danışıqlar aparır.
Forvard 2022-ci ilin əvvəlindən "Spartak"da çıxış edir. Bu mövsüm o, bütün turnirlərdə 14 matçda meydana çıxıb, 4 qol vurub və iki məhsuldar ötürmə edib. Nikolsonun "Spartak"la əmək müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. Nüfuzlu Transfermarkt portalının məlumatına görə, futbolçunun dəyəri dörd milyon avrodur.