AZ

Donald Tramp İsrailə ağır bombaların tədarükünə qoyulan qadağanı ləğv edib

Bakı. Trend:

ABŞ prezidenti Donald Tramp Pentaqona əvvəlki administrasiyanınİsrailə 2000 funt-sterlinqlik (908 kq) bombaların tədarükünəqoyduğu qadağanı ləğv etmək göstərişi verib.

Trend-in "Axios"xəbər portalına istinadla verdiyi məlumata görə, ABŞ anbarlarındasaxlanılan 1800 ədəd MK-84 bombası yaxın günlərdə İsrailəgöndəriləcək.

Məlumata görə, keçmiş prezident Co Bayden 2024-cü ilin mayındabelə bombaların tədarükünü dayandırmaq qərarı verib.

Bu qərar, xüsusilə, MK-84-lərin Qəzza zolağında sıx məskunlaşmışərazilərdə istifadəsinin qarşısını almaq məqsədi daşıyırdı vəABŞ-İsrail münasibətlərində gərginliyə səbəb olmuşdu.

Seçilən
35
7
az.trend.az

10Mənbələr