ABŞ Prezidenti Donald Tramp, əvvəlki administrasiya tərəfindən İsrailə 2000 funtluq (təxminən 900 kq) hava bombalarının tədarükünə qoyulan qadağanın ləğv edilməsi ilə bağlı göstəriş verib. “Ulusum”.az Axios-a istinandən xəbər verir ki, ABŞ anbarlarında 1800 ədəd MK-84 sinifli mərmi mövcuddur və bu mərmilər tezliklə gəmilərə yüklənərək İsrailə göndəriləcək."Ağ Ev, Pentaqona, Bayden administrasiyasının İsrailə 2000 funtluq bombaların tədarükünə qoyduğu qadağanın aradan qaldırılması tapşırılıb"- xəbərdə belə deyilirBu əməliyyatın “yaxın günlərdə” həyata keçirilməsi gözlənilir. Tədarük məsələsinə dair verilən suala Tramp, qərarının səbəbini belə izah edib: İsrail bu bombaları satın alıb. O, həmçinin prezident kimi ilk xarici səfərinin ehtimal ki, Səudiyyə Ərəbistanı və ya Böyük Britaniyaya olacağını bildirib.Səidə
Diqqət Çəkənlər
Florida sakininin heyvani məhsullarla bəslənməsi sağlamlıq problemlərinə yol açıb
Almaniyada “Sağa qarşı” şüarı altında etiraz aksiyasi keçirilib
Azərbaycan Prezidenti Avstraliya İttifaqının General-Qubernatoru Samanta Mostini təbrik edib