AZ

Tramp Baydenin qadağasını ləğv etdi- İsrailə bir tonluq bombalar göndərilir...

Image

ABŞ prezidenti Donald Tramp Pentaqona Bayden administrasiyanın İsrailə bir tonluq bombaların tədarükünə qoyduğu qadağanı ləğv etmək göstərişi verib.

"Axios" üç İsrail rəsmisinə istinadən yazır ki, bombanın tədarükünün dəyişdirilməsi ilə bağlı İsrail hökuməti cümə günü Pentaqon tərəfindən məlumatlandırılıb.

Rəsmilər iddia edib ki, Tramp Müdafiə Nazirliyinə (Pentaqon) anbarda olan və çəkisi bir tona yaxın olan bombaların ötürülməsinə qoyulan qadağanı aradan qaldırmağı tapşırıb.

Rəsmilər yaxın günlərdə 1800 ədəd MK-84 tipli 1 tonluq bombanın gəmiyə yüklənərək İsrailə təhvil veriləcəyini bildirib. Ağ Ev hələlik məhdudiyyətin aradan qaldırılması ilə bağlı rəsmi açıqlama verməyib.

TAHİR





Seçilən
12
6
baki-xeber.com

8Mənbələr