AZ

Muharrem İnce CHP-yə qayıdır? - ŞOK AÇIQLAMA

Türkiyənin Məmləkət Partiyasının sədri, keçmiş prezidentliyə namizəd Muharrem İnce Cümhuriyyət Xalq Partiyasına (CHP) qayıtmaq istəyir.

Modern.az xəbər verir ki, bu iddia Türkiyə mətbutında yayılıb.

İddialara görə, İnce CHP lideri Özger Özellə görüşündə CHP-yə dəvət edilib.

Məsələ ilə bağlı CHP-nin Kahramanmaraşdan seçilən deputatı Ali Öztunç da açıqlama verib. O bildirib ki, İncenin CHP-yə qayıtmaq istəməsi barədə xəbərlər doğrudur.

"Məndə olan məlumata görə, Muharrem İncenin Cümhuriyyət Xalq Partiyasına qayıtmaq niyyəti var. Ancaq CHP bu məsələyə münasibətini bilmirəm", - deputat qeyd edib.

O, bu məlumatı İncenin yaxın ətrafından aldığını vurğulayıb: "Muharrem bəyin "ata evi"nə qayıtmaq arzusunun olduğunu bildirirlər. Bunun dərhal nəticələnəcəyini düşünmürəm".

Qeyd edək ki, 2018-ci ildə keçirilən prezident seçkilərindən sonra Muharrem İnce CHP-dən ayrılıb və yeni partiya yaradıb.

Seçilən
22
8
modern.az

10Mənbələr