AZ

CHP-li millət vəkili təsdiqlədi: Muharrem İnce "baba ocağı"na qayıdır

CHP-nin Kahramanmaraş millət vəkili Ali Öztunç, Memleket Partiyasının sədri Muharrem İncənin CHP-yə qayıdacağı ilə bağlı iddiaları təsdiqlədi.

CHP-nin 2018-ci il prezident seçkilərindəki namizədi, Memleket Partiyasının sədri Muharrem İncənin CHP-yə geri dönəcəyi ilə bağlı iddialar irəli sürülüb.

News365.az xəbər verir ki, Ankara siyasi kuluarlarında son günlərdə yayılan bu iddialar Sözcü TV-də Aslı Kurtuluş Mutlunun aparıcılığı ilə yayımlanan “Aklın Yolu” proqramında müzakirə edilib.

Proqramda CHP Kahramanmaraş millət vəkili Ali Öztunç, Aslı Kurtuluş Mutlunun suallarını cavablandıraraq iddiaları təsdiqləyib.

Mutlunun “Muharrem İnce CHP-yə qatılacaq iddialarına nə deyirsiniz?” sualına Öztunç, “Bu barədə məlumatım var, doğrudur” cavabını verib.

“GENEL MƏRKƏZİN MÖVQEYİNİ BİLMİRƏM”

Öztunç sözlərinə belə davam edib:

“Məndə olan məlumata görə, Muharrem bəyin Cümhuriyyət Xalq Partiyasına (CHP) qayıtmaq niyyəti olduğu hər kəsə məlumdur.

Lakin CHP-nin mərkəzi rəhbərliyinin bu məsələ ilə bağlı mövqeyini bilmirəm. Amma Muharrem bəyin ‘baba ocağı’na qayıtmaq kimi bir arzusu var.

Muharrem bəyin yaxın çevrəsində olan və onunla münasibətdə olan dostlarımız bu istəyini ifadə edirlər.

Bunun tez bir zamanda reallaşacağını düşünmürəm. Hazırda daha çox son dövrlərdə baş verən ədalətsizliklər, qanunsuz sanksiyalar və haqsızlıqlarla bağlı məsələlər gündəmdədir.

Lakin CHP rəhbərliyinin bu barədə nə düşündüyü və hörmətli Başçının hansı planı olduğu barədə məlumatım yoxdur. Bu barədə hələlik rəsmi açıqlama verilməyib.”


Seçilən
30
8
news365.az

10Mənbələr