Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən 2024-cü ildə paytaxtın müxtəlif küçə və prospektlərində ümumilikdə 389 svetofor quraşdırılıb.
Bizim.Media xəbər verir ki, bu barədə NİİM-in məlumatında deyilir.
Onlardan 235-i avtomobil, 154-ü isə piyada svetoforudur. Bununla yanaşı, 25 yolayrıcındakı svetoforlardan 10-da vaxt planı, 15-də isə iş rejimi dəyişdirilib.
Nəticədə nəqliyyat sıxlığı azalıb, qəza şəraiti aradan qalxıb.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi tərəfindən cari ildə də tədbirlər planı çərçivəsində işlər davam etdiriləcək.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta