AZ

KİV: Tramp miqrasiya qaydalarını pozan şəxslərin gündəlik saxlanma sayının artırılmasına göstəriş verib

ABŞ Prezidenti Donald Trampın administrasiyası Gömrük və Sərhəd Mühafizəsi Xidmətinə (ICE) miqrasiya qanunvericiliyini pozan şəxslərin gündəlik saxlanma sayını 1 200 - 1 500 nəfərə qədər artırmağı tapşırıb.

“Far.Az” TASS-a istinadən xəbər verir ki, bu barədə “The Washington Post” (WP) qəzeti məlumat yayıb.

Qəzetin məlumatına görə, yeni administrasiya nümayəndələri Xidmətin rəhbərliyi üçün brifinq keçirib. Prezidentin kütləvi deportasiya kampaniyasının nəticələrindən məyus olduğu barədə onlara məlumat veriblər.

ICE əməkdaşlarından biri “The Washington Post”a bildirib ki, xidmət cinayət törətməkdə şübhəli bilinən miqrantlara üstünlük verəcək.

Ağ Evin mətbuat katibi isə bu məlumatı yalan adlandırıb, əlavə suallara cavab verməkdən imtina edib.

Daha əvvəl ABŞ Daxili Təhlükəsizlik Nazirliyi ölkənin hüquq-mühafizə orqanlarının səlahiyyətlərini genişləndirərək, qeyri-qanuni miqrantları "sürətləndirilmiş prosedur" üzrə, yəni miqrasiya məhkəməsinin qərarı olmadan deportasiya etməyə icazə verib. Tramp vəzifəyə başladıqdan sonra Meksika ilə sərhəddə fövqəladə vəziyyət rejiminin tətbiqi haqqında fərman imzalayıb.

Respublikaçı daha əvvəl dəfələrlə miqrasiya siyasətinin sərtləşdirilməsi və qeyri-qanuni miqrantların məcburi deportasiyası lehinə çıxış edib.

Seçilən
6
27
far.az

10Mənbələr