Bakı. Trend:
Avropa İttifaqının Azərbaycanla sərhəddə yerləşdirilmiş“müşahidəçilər"inin aktivliyi səngimir. "Müşahidəçilər"infəaliyyəti izləyən hərbçilərimizin qeydə aldığı görüntülərdəermənilərin yeni bunkerlər tikdikləri də aşkar görünür.
Mövzu ilə bağlı Trend-ə açıqlamasında hərbi ekspert Azər Bayramovbildirib ki, Ermənistan tərəfi sülhdən danışsa da buna ziddfəaliyyətlərini müşahidə edirik.
"Ermənilərin Azərbaycanla şərti həmsərhəddə yeraltı bunkerlərhazırlamağı məhz gələcəkdə təxribatçı fəaliyyətlərinə davamedəcəyinin işarəsidir. Monolit betondan hazırlanan bunkerləruzunmüddətli döyüşün aparılması üçündür. Həmin bunkerlərin sahəsinəvə funksiyasına nəzər saldığımız zaman, şəxsi heyətin həmin yerdəqalması üçün yataqxanaların yaradılması, atəş mövqelərininhazırlanmasını görərik. Burada tək atıcı silahlar deyil, artileriyaqurğuları, ağır texnikalar üçün mövqelərin hazırlandığını görürük.Bu da ermənilərin xoş olmayan niyyətini ortaya qoyur. Beləbunkerlərə kifayət qədər maliyyə vəsaiti xərclənir."
Ekspert qeyd edib ki, sülh istəyən dövlət şərti həmsərhədbölgələrdə belə təxribatçı fəaliyyətlərlə məşğul olmamalıdır.
"Lakin belə bunkerlər Ermənistanın hər hansı təxribatçı addımatdığı vaxt onlara heç bir kömək etməyəcək. Çünki belə hallaraqarşı Azərbaycanın yetəri qədər təcrübəsi var. İkinci Qarabağmüharibəsinə qədər Ermənistan tərəfi buna bənzər bunkerlər inşaetmişdir. Bütün bunlar Ermənistan ordusuna kömək etmədi. OrdumuzOhanyan həddini və dərinliklərdə yerləşən yeraltı bunkerləri qısamüddətdə darmadağın edərək qarşıya qoyulmuş tapşırırğı yerinəyetirdi. Ermənistanın hərbi-siyasi rəhbərliyi və onlara revanş üçünkömək edən havadarları bilsin ki, belə təxribatlar boş yerədir.Onlar layiqincə cavablarını alacaqlar", - deyə o qeyd edib.